"Poblem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər" - Putin

 15:46 28.07.2023     223

ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan özləri imtina edirlər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında deyib.

Onun sözlərinə görə, münaqişə Rusiyanın təhlükəsizliyinə ABŞ və NATO alyansı tərəfindən təhdidlərin yaradılması üzərində qurulub.

Rusiya lideri qeyd edib ki, ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina edir və Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların mümkünsüzlüyünü qanuniləşdirib.

“Bütün ziddiyyətlər danışıqlar yolu ilə həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Hazırkı Ukrayna rejimi bizimlə danışıqlardan imtina edir. Bu, rəsmi olaraq elan edilib və Ukrayna Prezidenti bu məsələ ilə bağlı müvafiq fərman qəbul edib”, - Putin deyib.