Litva və Polşa "Vaqner"ə görə Belarusla sərhədi bağlaya bilər

 15:59 28.07.2023     228

Litva və Polşa orada yerləşən "Vaqner" döyüşçülərinin iştirakı ilə ciddi insidentlər baş verərsə, Belarusla sərhədi birgə bağlamaq imkanını nəzərdən keçirir.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, bunu Baltikyanı ölkənin daxili işlər nazirinin müavini Arnoldas Abromaviçius LRT telekanalının efirində bildirib.

Onun sözlərinə görə, iyulun 27-də Varşavadan olan nümayəndə heyəti təhdidləri qiymətləndirmək üçün artıq Belarusla sərhəddə olub.

"Polşa nümayəndələrinin yoxlamasının nəticələrinə görə, Belarus ərazisində 1200-ə yaxın "Vaqner" döyüşçüsü müəyyən edilib, onlardan bəziləri sərhədə yaxındır", - deyə Litva Daxili İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.

Turan İSMAYIL