Polşa Rusiya ilə sərhəd boyu videokameralar quraşdıracaq

 17:54 28.07.2023     254

Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində müşahidə kameraları olan elektron şlaqbaumun tikintisini payızda başa çatdıracaq.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, bir neçə ildir elektron cihazların yerləşdiyi Vistula Spit istisna olmaqla, Kalininqrad vilayəti ilə bütün quru sərhədi boyunca uzunluğu təxminən 200 km olan “elektron təhlükəsizlik divarı” tikilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, sərhəddə 3000-ə yaxın videomüşahidə kamerası yerləşdiriləcək.

"Eyni zamanda, Varmian-Masuriya sərhəd dəstəsinin Kerzində yerləşən qərargahında Müşahidə Mərkəzi hazırlanır. Burada kameralar və sensorlardan siqnallar qəbul ediləcək", - Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

"Şlaqbaumun tamhüquqlu işə salınması payıza planlaşdırılır", - mətbuat xidməti qeyd edib.

Turan İSMAYIL