Türkiyə İsveçin NATO-ya üzvlüyü üçün terrorla mübarizədə addımlar atmasını gözləyir

 18:00 28.07.2023     269

Türkiyə İsveçin NATO-ya üzv olması üçün bu ölkənin terrorla mübarizədə lazımi bütün addımları atmasını gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı Macarıstanla koordinasiyalı şəkildə hərəkət edir.

Nazir, əlavə edib ki, NATO-ya üzv olacaq ölkələrin terrorla mübarizə aparmaqları vacibdir. Onun sözlərinə görə, Türkiyə öz tələblərini NATO-nun Vilnüs Zirvəsi çərçivəsində bir daha İsveçə və alyans daxilində tərəfdaşlara çatdırıb və nəticədə Türkiyə Böyük Millət Məclisi oktyabr ayında bu məsələ ilə bağlı yekun qərar qəbul edəcək (apa).