"Qərb tərəfindən Kiyevin hərbi dəstəyinə 81 milyard dollardan çox vəsait xərclənib"
ABŞ nəyin bahasına olursa-olsun hegemonluğunu qoruyub saxlamaq üçün dünya iqtisadiyyatının sabitliyini qurban verməyə hazırdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat bəyan edib ki, Ukraynanın hərbi-siyasi dayağa çevirmək üçün sonradan maliyyə enjeksiyonlarına böyük vəsait xərclənir. Zaxarova qeyd edib ki, Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, 2022-ci ilin yanvarından bu ilin iyununa qədər olan dövrdə kollektiv Qərb tərəfindən Kiyevin hərbi dəstəyinə 81 milyard dollardan çox vəsait xərclənib.
“Getdikcə keçmişə çevrilən hegemonluğunu qorumaq üçün nəyin bahasına olursa olsun, Birləşmiş Ştatlar indiyədək görünməmiş böhran həddində olan dünya iqtisadiyyatının sabitliyini qurban verməyə hazırdır” - XİN sözçüsü bildirib.
Turan İSMAYIL