Rostovdakı partlayışla bağlı yeni MƏLUMAT
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində kafenin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətlərinin sözçüsü bildirib.
Bundan əvvəl Rostov vilayətinin qubernatoru Vasili Qolubev öz teleqram kanalında bildirib ki, Taqanroqun mərkəzində Çexov bağı kafesinin yaxınlığında raket partlayıb, ölən olmayıb, 15 nəfər tibbi yardıma müraciət edib, hamısı qəlpələrdən yüngül xəsarətlər alıb. Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışdan sonra 7 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
“Yenilənmiş məlumatlara görə, Taqanroqda baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb”, - mənbə bildirib.
Rostov vilayətinin yol polisi partlayışdan sonra bir neçə küçədə nəqliyyatın hərəkətinin bağlandığını elan edib.
Turan İSMAYIL