"Kaan" ilin sonunda havaya qalxacaq
Türkiyənin “Kaan” qırıcı təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Ümid edirəm ki, üç ay əvvəl anqardan çıxardığımız “Kaan” təyyarəsini ilin sonuna kimi səmada görəcəyik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli döyüş təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin kütləvi istehsalına 2028-ci ildə başlanması nəzərdə tutulur. Layihənin hazırlanmasında Azərbaycan mütəxəssisləri də iştirak edəcək.