Rusiya MN Rostovda daha bir Ukrayna raketinin vurulduğunu açıqladı
Ukrayna Silahlı Qüvvələri S-200 raketi ilə Azov bölgəsinə zərbə endirmək üçün ikinci cəhd edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd olunub ki, Rostov vilayətinin Azov şəhəri yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus raket ələ keçirilib.
"Ukraynanın vurulmuş S-200 raketinin qalıqları boş əraziyə düşüb" - Rusiya MN bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya MN-in yaydığı məlumata görə Ukrayna ordusunun atdığı raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən göydə vurulub, lakin raketin qalıqları Rostov vilayətinin Taqanroq şəhərində insanların olduğu yerə düşüb. Nəticədə ilkin məlumata görə 12 nəfər ölüb, çox sayda yaralı var.
Turan İSMAYIL