“Hər hansı dinin müqəddəs kitablarını yandırarkən söz azadlığına istinad etmək yolverilməzdir"

 19:41 28.07.2023     391

Macarıstan parlamentinin deputatları İsveçin NATO-ya üzvlük üçün müraciətinə baxılma tarixini müstəqil şəkildə müəyyən edəcəklər.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu iyulun 28-də türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında xarici işlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, deputatlar İsveçin NATO-ya üzvlük sazişinin ratifikasiyası məsələsini nə vaxt gündəliyə salacaqlarına qərar verməlidirlər. Szijarto bildirib ki, respublika hökuməti artıq bu məsələ ilə bağlı öz təkliflərini parlamentarilərə təqdim edib.

O, həmçinin bildirib ki, Macarıstan və Türkiyə bloka daxil olmaq üçün İsveçin müraciətinin ratifikasiya prosesi barədə mütəmadi olaraq bir-birini məlumatlandırır.

Mətbuat konfransında Siyarto həmçinin Danimarka və İsveçdə Quranın yandırılmasını pisləyib və bildirib ki, Macarıstan hökuməti müqəddəs kitabların və dini simvolların təhqir olunmasını qəbuledilməz hesab edir.

“Hər hansı dinin müqəddəs kitablarını yandırarkən söz azadlığına istinad etmək yolverilməz olmaqla yanaşı, həm də hədsiz dərəcədə kinli davranışdır. Düşünürəm ki, burada Avropada hər bir hökumətin, hər bir dövlətin, hər bir ölkənin dini simvolların təhqirinə son qoyacağını gözləmək qanunidir”, - deyə o, bildirib.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət etsə də, üzvlük gecikdirilib. Aprelin 4-də bloka rəsmi olaraq yalnız Finlandiya qoşuldu. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

Turan İSMAYIL