ABŞ “Rosneft”in keçmiş vitse-prezidentinə qarşı sanksiyaları ləğv etdi
ABŞ "Rosneft"in keçmiş birinci vitse-prezidenti belçikalı Didye Kasimiroya qarşı birtərəfli sanksiyaları ləğv edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı bildiriş sübut edir.
"Xarici Aktivlərə Nəzarət İdarəsinin siyahısından aşağıdakı adların silinməsi aparılıb: Kasimiro Didye, Moskva, Rusiya", - sənəddə deyilir. Orada bu mövzuda başqa məlumat verilmir. Bildirişdə yalnız Kasimironun da düşdüyü sanksiyaların keçmişdə onun prezidenti olan Rosneft Trading S.A. Casimiro şirkətinə aid olduğu xatırladılır. Bu məhdudiyyətlər, o cümlədən TNK Trading International S.A.-ya qarşı Vaşinqton tərəfindən 2020-ci ildə tətbiq edilib. ABŞ “Rosneft”in bu törəmə şirkətləri ilə Venesuela hakimiyyəti arasında əlaqələr bəhanəsi ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
"The Wall Street Journal" 2022-ci ilin may ayında Kasimironun Rosneft-i tərk etdiyini bildirib.
Turan İSMAYIL