Rusiya Taqanroqa görə sərt cavab tədbirləri görə bilər - Zaxarova Ukraynanı hədələdi

 20:22 28.07.2023     335

Rusiya Taqanroqa və Moskva vilayətinə hücumdan sonra sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Rusiya tərəfi sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda deyilir.

Diplomat Rusiyanın bu hücumları qətiyyətlə pislədiyinə diqqət çəkib. "Onların heç bir hərbi mənası yox idi" - o, deyib.

Zaxarova vurğulayıb ki, Moskva beynəlxalq ictimaiyyəti və təşkilatları Ukrayna hakimiyyətinin "terror" üsullarından istifadəsini pisləməyə çağırır.

Xatırladaq ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin atdığı zenit raket Rostov vilayətinin Taqanroq şəhəri üzərində vurulub. Raket qalıqlarının yerə düşməsi nəticəsində çox sayda insan yaralanıb. Müxtəlif mənbələr 12 nəfərin ölməsi barədə məlumat yaysalar da, hələlik bu məlumat təsdiq olunmayıb.

Turan İSMAYIL