Filippində "Doxuri" qasırğasında ölənlərin sayı 13-ə çatdı
Filippində Doxuri qasırğasının yaratdığı leysan, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 20 nəfər itkin düşüb.
Redaktor.az-ın Filippinin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən verdiyi məlumata görə, Kordilyera inzibati bölgəsində 9 nəfər, İlokos bölgəsində 1 nəfər, Filippinin mərkəzində 2 nəfər və Manila yaxınlığındakı əyalətdə 1 nəfər sürüşmə nəticəsində həlak olub. Filippində 9 nəfər Kordilyera inzibati bölgəsində, 11 nəfər isə Caqayan vadisində itkin düşüb.