BMT Təhlükəsizlik Şurası Blinkenin iştirakı ilə toplaşacaq
BMT Təhlükəsizlik Şurası avqustun 3-də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə “Münaqişələr nəticəsində yaranan aclıq və qlobal ərzaq təhlükəsizliyinə təhdidlər” mövzusunda iclas keçirəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə görüşün təşəbbüskarı olan ABŞ-ın dünya təşkilatı yanında daimi nümayəndəliyi məlumat yayıb.
ABŞ avqustda BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək ABŞ sədrliklərinin əsas mövzusu kimi qlobal ərzaq təhlükəsizliyinə təhdidləri seçib. "Bu məsələ ilə bağlı müzakirələrdə tədbirlərdən biri də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə "Aclıq və qlobal ərzaq təhlükəsizliyinə təhdidlər" mövzusunda yüksək səviyyəli debat olacaq. Sessiyada analoji tədbirlər zamanı müəyyən edilmiş mövzular işlənib hazırlanacaq”, - bəyanatda deyilir.
BMT Təhlükəsizlik Şurasının digər ölkələrindən nazirlərin yüksək səviyyəli iclasda iştirakı mümkündür, lakin hələlik təsdiqlənməyib.
Turan İSMAYIL