ABŞ-da istilər səbəbindən kaktuslar məhv olur

 23:15 28.07.2023     320

ABŞ-ın Arizona ştatının Feniks şəhərindəki botanika bağında son günlər isti hava şəraiti səbəbindən kaktusların məhv olduğunu bildirilib.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, Arizona ştatında rekord dərəcədə yüksək temperatur botanika bağlarına da təsir edib.

Feniksdəki Səhra Nəbatat Bağının alimi Kimberlie McCue, musson yağışlarının olmaması səbəbindən 15-20 metr böyüyə bilən saquaro kaktuslarının təxminən 45 dərəcəyə çatan isti dalğasından pis təsirləndiyini deyib.

McCue qeyd edib ki, saguaro kaktus "olduqca normal" görünsə də, isti hava səbəbindən içəridən xaricə çürüyə və qəfil yıxıla bilər.

Qərbi Amerikanın simvolu olaraq bilinən kaktusların 2020-ci ildən bu yana isti dalğalarından təsirləndiyinə diqqət çəkən McCue, bir çox kaktusun da quruduğunu ifadə edib.

Qeyd edək ki, Arizonada həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb.

Həmidə İBRAHİMLİ