Xunta lideri özünü dövlət başçısı elan etdi
Prezident qvardiyasının rəisi öz rəisini devirərək onun yerini tutub.
Redaktor.az “Unian”a istinadən xəbər verir ki, Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Abduraxaman Tiani özünü ölkənin yeni lideri adlandırıb.
General dövlət televiziyasında Vətən Müdafiəsi üzrə Milli Şuranın (CNSP) prezidenti kimi təsvir edən ekran yazıları ilə çıxış edib.
"CNSP prezidenti dövlət başçısıdır. O, beynəlxalq münasibətlərdə Niger dövlətini təmsil edir", - deyə o qeyd edib.
Yusif EYVAZLI