Putin və Afrika missiyası Ukrayna ilə bağlı bəyanat verəcək

 13:39 29.07.2023     303

Rusiya Prezidenti Vladimir Putin və Afrika sülh missiyasının üzvləri Ukrayna üzrə hazırda hazırlanmaqda olan danışıqlardan sonra birgə bəyanat qəbul edəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu görüşün nəticəsi olaraq qısa birgə bəyanat hazırlanır və razılaşdırılan kimi dərhal yayımlanacaq", - Kreml sözçüsü bildirib.

Bildirilib ki, danışıqlar bir gün əvvə başlayıb. Putinin, eləcə də Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposanın çıxışları açıq, qalanları isə bağlı qapılar arxasında keçirilib. Peskovun sözlərinə görə, görüş “artıq gecə saat 2 radələrində başa çatıb”.

Bu, yayda ikinci belə danışıqlardır. Birincisi iyunun 17-də Konstantinovski sarayında baş tutub. O zaman Putin xüsusilə qeyd edib ki, Moskva Kiyevlə danışıqlardan imtina etməyib və 2022-ci ilin martında İstanbulda paraflanan müqavilə layihəsini “tarixin zibil qutusuna” atanın məhz Ukrayna hakimiyyəti olub. İclasda Rusiya Federasiyasının prezidenti bu sənədi həmsöhbətlərinə nümayiş etdirib.

T.İSMAYIL