Aİ Nigerdə çevriliş nəticəsində hakimiyyətə gələnləri tanımır - Borrell

Avropa İttifaqı (Aİ) Nigerdə silahlı çevriliş nəticəsində hakimiyyətə gələnləri tanımır.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell tviterdə yazıb.
Borrellin sözlərinə görə, ölkədə konstitusiya quruluşu bərpa edilməlidir.