Tailandda pirotexnika anbarında partlayış oldu 9 nəfər həlak oldu

 20:27 29.07.2023     291

Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub, nəticədə azı 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yerli ticarət mərkəzinə, bazara və 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb. Yanğınsöndürmə briqadaları partlayışdan sonra genişlənməyə başlayan yanğının qarşısını alıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün məntəqələr yerləşdirib.