Rusiyanın Moldovadakı Konsulluğu fəaliyyətini dayandıracaq

 22:03 29.07.2023     295

Rusiyanın Kişineudakı konsulluğu Moldova hökumətinin avqustun 15-dək diplomatların ştatını təxminən üçdə iki azaltmaq tələbindən sonra işləri dayandırır.

Redaktor.az-ın məlumatına görə, bu barədə diplomatik missiya öz "Telegram" kanalında məlumat yayıb.

“Rusiyanın Moldova Respublikasındakı səfirliyinin konsulluq şöbəsində müəyyən səbəblərə görə 5 avqust 2023-cü il tarixindən etibarən qəbul müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Rəsmi Kişineu öz qərarını Rusiyanın Moldovada daxili siyasi sabitliyi pozmaq cəhdləri və çoxsaylı qeyri-dost hərəkətləri ilə izah edib.