Makron Şri-Lankaya səfər edən ilk fransız lideri oldu

 23:07 29.07.2023     375

Fransa Prezidenti Emmanuel Makron Şri-Lankaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Radio French International" (RFI) məlumat yayıb.

Bununla Makron Şri-Lankaya səfər edən ilk fransız lideri olub.

Makron Fransa ilə Şri-Lanka arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə ölkəyə səfər edib.

Səfəri çərçivəsində yalnız paytaxt Kolombo hava limanında qalan Makron Şri Lanka prezidenti Ranil Vikremesinqhe və xarici işlər naziri Əli Sabri ilə görüşüb.

Makron çətin iqtisadi dövrlər yaşayan Şri-Lankaya borc veriləcəyi vədini verib.

Səfər iki saat çəkib.