Rusiyada pis hava şəraiti insan itkilərinə yol AÇDI

 23:20 29.07.2023     404

Rusiyanın Mari El respublikasında pis hava şəraiti səbəbindən ikisi uşaq olmaqla üç nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, güclü külək və leysan bu gün axşam saatlarında Tair və Yalçik gölləri yaxınlığını vurub. Həmin zaman orada çoxlu istirahət edən olub.

Qasırğa xeyli sayda ağacları yıxıb, onlardan bir neçəsi insanların olduğu çadırlara düşüb.

Olay nəticəsində 6 nəfər zərər çəkib, onlardan 3-ü ölüb.