Səudiyyə Ukrayna ilə bağlı sülh danışıqları keçirəcək

 23:45 29.07.2023     513

Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksək səviyyəli rəsmilər iştirak edəcək.