Kolumbiyada güclü zəlzələ oldu
Kolumbiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər veri ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Monteriya şəhərindən 84 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 56 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.