Rusiya ABŞ-la hərbi toqquşma istəmir - Putin

 13:18 30.07.2023     293

Rusiya istənilən ssenariyə hazırdır, lakin ABŞ-la birbaşa hərbi toqquşma istəmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ABŞ tərəfinin Suriyadakı təxribatları ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz hər zaman istənilən ssenariyə hazırıq, lakin bunu heç kim istəmir və biz vaxtilə Amerika tərəfinin təşəbbüsü ilə bu münaqişələrin qarşısının alınması üçün xüsusi mexanizm yaratmışıq. Bizim müəyyən departamentlərin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır, məsləhətləşmələr aparmaq imkanına malikdirlər. Bu, heç kimin toqquşma istəmədiyini göstərir”, - deyə Putin jurnalistlərə bildirib.

Yusif  EYVAZLI