Türkiyədə ağır yol qəzası - Ölən və yaralananlar var

 10:53 30.07.2023     240

Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.

Redaktor.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır (report).