Məxfi sənədlərin uzun müddət saxlanması Trampa qarşı sübut olacaq

 13:38 30.07.2023     259

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri uzun müddət saxlaması ona qarşı istifadə oluna biləcək əsas sübutlardan biri olacaq.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun elektron məktubları ilə bağlı işi araşdıran keçmiş FTB agenti Piter Struk bildirib.

Onun sözlərinə görə, keçmiş Amerika liderinin təqsirsizlik sübutu kimi sənədləri könüllü qaytarması onu ittihamlardan azad etməyəcək, çünki hökumətdə hələ də kifayət qədər sübutlar var.

“Tramp bu məxfi sənədləri bir neçə ay saxladı. Bu, hökumətə sənədləri dərhal geri qaytarmadığına dair daha çox sübut toplamaq və məhkəmədə istifadə etmək imkanı verdi ", - deyə o bildirib.

Bundan əlavə, o, "ABŞ-ın milli müdafiəsi ilə bağlı sənədləri qəsdən gizlətmək" maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Yusif EYVAZLI