Rusiyada yol polisini döydülər

 13:49 30.07.2023     276

Rusiyanın Krasnodar şəhərində beş nəfər yol polisi əməkdaşlarını döyüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, iyulun 29-da Turgenev küçəsində “VAZ” markalı avtomobil müvəqqəti keçid məntəqəsinin yaxınlığında dayanıb. O, digər hərəkət iştirakçılarına maneə yaradıb.

“Yol polisi əməkdaşlarının  tələblərinə cavab olaraq avtomobilin sürücüsü və 4 sərnişini onlara tabe olmayıb. Onların qanunsuz əməllərinin qarşısı alınarkən polisə qarşı zor tətbiq ediblər. Bundan sonra dörd şübhəli hadisə yerindən qaçıb”, - idarənin saytında bildirilir.

Regional İstintaq İdarəsinin rəisi Andrey Maslov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (“Xidmət vəzifələrinin icrası ilə əlaqədar dövlət məmurlarına qarşı zor tətbiq etmə”) ilə cinayət işinin açılmasını tapşırıb.

Yusif EYVAZLI