Ukrayna böhranı siyasi qərarla həll oluna bilər - İtaliyalı nazir

 13:27 30.07.2023     208

Ukrayna böhranının nəticəsini Kiyevin obyektiv çətinliklərlə üzləşdiyi döyüş meydanındakı vəziyyətlə deyil, “siyasi qərarla” müəyyən etmək olar. 

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qido Krozetto “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib .

Onun sözlərinə görə, hələlik heç kim iki ölkə arasında qarşıdurmanın nə vaxt bitəcəyini dəqiq proqnozlaşdıra bilməz. Nazirin sözlərinə görə, Rusiya istehkamları Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur qazanmaq cəhdlərini ciddi şəkildə çətinləşdirir.

“Ona görə də bu, münaqişənin sonunu müəyyən edən siyasi seçim ola bilər. Bu, paradoksal olaraq, sülh prosesini sürətləndirən aspekt kimi xidmət edə bilər”, - Krozetto bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ- da keçiriləcək president seçkiləri Vaşinqtonun Ukraynaya dəstək mövqeyini ciddi şəkildə dəyişə bilər .

Yusif EYVAZLI