Bu ölkədə hökumət nümayəndələrinə iPhone-dan istifadə qadağan edilir

 18:10 30.07.2023     343

Cənubi Afrika prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri Cozef Pu hökumət nümayəndələrini "Apple" cihazlarından imtina etməyə çağırıb. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Cozef Pu bu barədə Rusiya-Afrika sammiti çərçivəsində açıqlama verib. Cənubi Afrika Prezidentinin müşaviri hesab edir ki, bir neçə iPhone-un yanında olan dövlət başçıları özlərini təhlükəsiz hesab edə bilməzlər.

O qeyd edib ki, “Apple” texnologiyasının zəifliyinə görə onu sındırmaq və əslində onun vasitəsilə prezidentin ofisinə və istənilən dövlət qurumuna nüfuz etmək asandır.

Yusif  EYVAZLI