“Bu, Tanrıya qarşı ağır təhqirdir” - Papa Fransisk
Papa Fransisk Vatikanda Rusiyaya müraciət ünvanlayıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.
“Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır”, - deyə Papa bildirib (qafqazinfo).