Yaponiyada yüzlərlə aviareys təxirə salındı

 09:31 31.07.2023     259

Yaponiya aviaşirkətləri yaxınlaşan “Kanun” tufanına görə 264 daxili aviareysi təxirə salıblar.

Bu barədə Redaktor.az yapon aviaşirkətlərinin yaydığı məlumatlara istinadən xəbər verir.

Uçuş cədvəlində dəyişikliklər əsasən turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyusu adasındakı Kaqosimadan keçən marşrutlara təsir göstərib.

Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Güclü yağış da gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.