Türkiyədə 350 polis 19 PKK-çının tutulmasına cəlb olundu - FOTO

 10:39 31.07.2023     194

Türkiyənin Mersin şəhərində narkotik alveri ilə terror təşkilatı PKK-ya dəstək verdiyi üzə çıxan mütəşəkkil dəstənin 19 üzvünün tutulması üçün səhər saatlarında əməliyyat keçirilib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, keçirilən əməliyyatda 350-yə yaxın polis iştirak edib.

Əməliiyyat zamanı dronlardan da istifadə olunub.

Hazırda polisin şübhəliləri saxlamaq istiqamətində əməliyyatı davam edir.

Humay İSGƏNDƏRLİ

222