Pakistandakı terror aktı zamanı ölənlərin sayı artdı

 10:54 31.07.2023     255

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində həlak olanların sayı artıb.

Redaktor.az xəbər verir ki, rəqəmlər 44 nəfərə çatıb. Məlumatda o da qeyd olunub ki, baş vermiş hadisə nəticəsində 200 nəfərə yaxın şəxs yaralanıb.

Xatırladaq ki, dünən Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.

Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən