Şoyqu Rusiya hərbi ali məktəblərinə qəbul olunanların sayını açıqladı
Rusiyanın hərbi təhsil müəssisələrində 15 mindən çox birinci kurs tələbəsi oxuyur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
"Bu il 15 000-dən çox birinci kurs tələbəsi hərbi ali məktəblərə qəbul olunub və sentyabrın 1-dən onlar təbii ki, ali məktəblərə, o cümlədən ali məktəbəqədər təhsil müəssisələrində təhsilə başlayacaqlar", - Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə tematik konfransda deyib.
O qeyd edib ki, ali məktəblərə qəbul olunanlardan 1500 nəfəri Ukrayndada aparılan müharibə iştirakçısıdır, onların əksəriyyətinin hərbi mükafatları var.
Turan İSMAYIL