Putin Ərdoğanla danışacaq

 14:44 31.07.2023     210

Avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Putinin Türkiyəyə mümkün səfər tarixi hələlik məlum deyil.

Telefon danışığının mövzusu, eləcə də digər təfərrüatlar açıqlanmır.