Fransa bu ölkədəki səfirliyinin təhlükəsizliyini artırır

 15:32 31.07.2023     227

Fransa Nigerdəki səfirliyinin təhlükəsizliyini artırdığını bildirib.

Redaktor.az xəbər verir ki, Nigerdə ​​minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı etiraz aksiyasında iştirak edib. Aksiya iştirakçıları Nigerin paytaxtı Niameydə Fransa səfirliyinin qarşısında toplaşaraq Fransa və ECOWAS əleyhinə şüarlar səsləndiriblər. Etirazçıların bəziləri Rusiya bayrağını dalğalandırıb.

ECOWAS-ın Nigerə qarşı qəbul etdiyi sanksiya qərarlarını dəstəklədiyini qeyd edən Fransa hökuməti Nigerdəki səfirliyini hədəf alan etiraz aksiyalarını pisləyib və aksiyaçıları buna son verməyə çağırıb.

Qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Mohamed Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.