iPhone uçurumdan yıxılan sürücünün həyatını xilas ETDİ

 19:24 31.07.2023     253

ABŞ-ın Kaliforniya ştatında Uilson dağında avtomobili 120 metrlik qayadan aşan şəxsin həyatını iPhone xilas edib. 

Redaktor.az  “Lenta.ru”ya istinadən xəbər verir ki, axşam saatlarında polisə yolda qəza baş verdiyi barədə məlumat daxil olub. İstifadəçinin özü zəng edə bilmədiyi hallarda iPhone 14-ün insident xəbərdarlığı funksiyası sayəsində məlumat peyk vasitəsilə xilasetmə xidmətinə ötürülüb. 

Hadisə yerinə gələn xilasedicilər kişinin səsini eşidib və avtomobili təxminən 120 metr dərinlikdə dərədə aşkar ediblər. İki təcili yardım işçisi yaralı şəxsi almaq üçün helikopterin köməyi ilə uçurumdan enib.

Yusif  EYVAZLI