Ukraynada "Bayraktar"ın təmiri üçün xidmət mərkəzi tikiləcək

 19:37 31.07.2023     234

Ukrayna Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR MAKİNA" şirkəti Ukraynada pilotsuz uçuş aparatlarının təmiri və texniki xidməti üzrə xidmət mərkəzinin tikintisinə dair müqavilə imzalayıb. 

Bu barədə Redaktor.az "Unian"a istinadən xəbər verir.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, saziş Ukrayna və Türkiyə hökumətləri arasında 2023-cü il yanvarın 23-də qüvvəyə minən yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində bağlanıb. Belə bir addımın iki ölkə arasında müdafiə sektorunda əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcəyi qeyd edilir.

Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenkonun sözlərinə görə, xidmət mərkəzinin yaradılması Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və Ukraynanın qələbəsini yaxınlaşdırmağa kömək edəcək.

Yusif EYVAZLI