ABŞ Şimali Koreyaya humanitar yardım göstərməyə hazır olduğunu açıqladı
Pxenyanın sərhədləri açacağı təqdirdə ABŞ Şimali Koreya xalqına lazımi humanitar yardım göstərməyə hazırdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu mətbuat konfransında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
"Onlar öz sərhədlərini humanitar giriş üçün bağlayıblar. Əgər sərhədləri açsalar, biz də başqaları kimi KXDR xalqına lazımi yardımı göstərmək üçün orada olacağıq", - diplomat müvafiq məsələyə toxunaraq deyib.
Turan İSMAYIL