Zelenski ABŞ-a gedəcək

 20:32 31.07.2023     227

Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 19-da başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorka gələcəyi ehtimal edilir.

Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Zelenski dünya təşkilatının divarları arasında özünün sülh planını təbliğ edəcək və BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir.

Məlumata görə, Zelenskinin, eləcə də ABŞ prezidenti Co Baydenin çıxışı sentyabrın 19-na planlaşdırılıb. Proqram ilkindir, iştirak səviyyəsi dəyişdirilə bilər.

Turan İSMAYIL