Britaniya altı Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etdi

 20:44 31.07.2023     262

Böyük Britaniya altı Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib, onların arasında Rusiya Baş Prokurorluğunun prokurorları da var.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Britaniya hakimiyyətinin dərc etdiyi sənəddə bildirilir.

Sanksiyalar arasında prokurorlar Boris Loktionov və Anna Potıçko, hakimlər Vitali Belitski, Yekaterina Doroxina və Natalya Dudar, həmçinin ekspert Danila Mixeyev var.

Britaniya tərəfinin bildirdiyinə görə, bütün bu şəxslər müxalifətçi və jurnalist Vladimir Kara-Murzaya (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) qarşı məhkəmə prosesində iştirak edirlər.

Turan İSMAYIL