Rusiyada daha bir komissarlığa "Molotov kokteyli" atıldı

 20:52 31.07.2023     256

Rusiyanın Kaluqa şəhərində bir qadın yerli hərbi komissarlığa "Molotov kokteyli" ataraq polisi hədələyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, şəhər sakinini polislər saxlamağa çalışarkən o, çantasında qumbara olduğunu iddia edərək, “hər şeyi partlatmaqla” hədələyib. Eyni zamanda çantada qumbara tapmasa da, “Molotov kokteyli” olub.

Qadının həbs olunduğu bildirilir.

Bundan əvvəl məlum olub ki, Kazanda hərbi komissarlığın binasını yandırmağa cəhd edən pensiyaçı saxlanılıb.

Turan İSMAYIL