Putin də Nyu-Yorka gedəcək? - AÇIQLAMA

 21:07 31.07.2023     257

Rusiya Prezidenti Vladimir Putin sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına getməyi planlaşdırmır.

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bu barədə iyulun 31-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hələlik prezidentin belə planları yoxdur", - o, deyib.

Bundan əvvəl, iyulun 30-da Putin BRİKS sammitində iştirak etməməsini şərh edərək, təşkilatda iştirak edən bütün ölkələrin başçıları ilə əlaqə saxladığını bildirmişdi. Rusiya liderinin sözlərinə görə, onun orada qalması indi Rusiyada olmaqdan vacib deyil.

Bundan əlavə, Rusiya prezidenti Hindistanda keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.

Qeyd edək ki, "Bloomberg" agentliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 19-da başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorka gedəcəyi barədə məlumat yayıb.

Turan İSMAYIL