Ukraynada doğum səviyyəsi kəskin azalıb

2023-cü ilin altı ayı ərzində Ukraynada doğum səviyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 28% azalıb.
Redaktor.az “izvestya”ya istinadən xəbər verir ki, bunu ölkədə rəsmi məlumatların toplanması ilə məşğul olan “Opendatabot” xidmətinin bazar ertəsi, iyulun 31-də dərc olunmuş məlumatları sübut edir.
Belə ki, bu ilin 6 ayında 96 min 755 uşaq doğulubsa, 2021-ci ilin müvafiq dövründə bu rəqəm 135 min 79 uşaq olub.
Bütövlükdə ölkədə doğum səviyyəsi 2013-cü ildən bəri təxminən 7% azalıb. Hazırda resursun qeyd etdiyi kimi, “ölkənin müstəqillik tarixində ən böyük azalma” baş verir.
Yusif EYVAZLI