Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdu

 21:37 31.07.2023     200

“Şebekinski şəhər rayonunun Rjevka kəndi Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalıb. Ölən və yaralananlar olmayıb. Üç fərdi yaşayış evi mərmi parçaları ilə zədələnib: pəncərələr sındırılıb, fasadlar, damlar və hasarlar, həmçinin elektrik xətti kəsilib”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında bildirib.

Bundan əvvəl Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində regiona yüzdən çox sursat atıb. İki yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində üç ev, qaraj və elektrik xətti zədələnib.

Turan İSMAYIL