Yunanıstan tərəfindən ölümə tərk edilən 41 miqrantı türklər xilas etdi

 22:42 31.07.2023     237

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonu sahillərində Yunanıstan tərəfindən Türkiyə ərazi sularına buraxılan 41 miqrant xilas edilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, 41 nəfərin hamısı Əfqanıstan vətəndaşıdır.

Onlar sahilə çıxarıldıqdan sonra miqrantlar üçün olan sığınacağa yerləşdiriliblər.

Humay İSGƏNDƏRLİ