Seneqalda etirazlar fonunda mobil internet bağlandı

 23:03 31.07.2023     276

Seneqalda müxalifət lideri Usman Sonkonun həbsi ilə əlaqədar yaşanan qarşıdurmalar ilə əlaqədar ölkənin Rabitə, Telekommunikasiya və Rəqəmsal İqtisadiyyat Nazirliyi iğtişaş təhlükəsi və sosial şəbəkələrdə etiraz çağırışlarının yayılmasının mümkünlüyü səbəbindən bu gün mobil internetin fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, mobil internetin dayandırılması ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirdir.

Bundan əvvəl Seneqalın paytaxtı Dakardakı məhkəmənin nümayəndəsi Sonkonun üsyan məqsədilə bir qrup şəxslə əlbir olmaqda, üsyana çağırışda, cinayətkarlarla sövdələşmədə və dövlətə qarşı bəzi şəxslərlə sövdələşmədə ittiham olunduğunu bildirmişdi. Prokurorluq sübut kimi, müstəntiqlərin fikrincə, Sonkonun insanları hakimiyyətə qarşı çıxmağa hazır olmağa çağırdığı telefondakı səs yazısını göstərib.

Səs yazısının ortaya çıxması müxalifətçinin iyulun 28-də öz evində həbs edilməsinə səbəb olub. O, iyunun 1-dən, Dakar cinayət məhkəməsinin 49 yaşlı Sonkonu uşaqlara təcavüzdə təqsirli bildiyi və iki il müddətinə azadlıqdan məhrum etdiyi gündən binanı tərk etmək hüququ olmadan orada olub. Prokurorluq bildirib ki, Sonko bir müddət əvvəl onu qoruyan qadın polisdən mobil telefonunu zorla alaraq, onun vasitəsi ilə tərəfdarlarına müraciət edib ki, bu da üsyana cəhd kimi qiymətləndirilib (report).