Krım körpüsündə həyəcan təbili ÇALINDI

 23:16 31.07.2023     301

İyulun 31-də Ukraynanın işğal altındakı Kerç Yujnaya dəmiryol vağzalında təxliyə elan edilib. 

Redaktor.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Astra Telegram kanalı məlumat yayıb.

Bundan əlavə, Krım körpüsündə hava hücumu həyəcanı səslənir, rus işğalçıları nəqliyyatın hərəkətini kəsiblər. 

 "Krım körpüsündə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyatın təhlükəsizliyini təmin edən əməkdaşların göstərişlərinə əməl etmələri xahiş olunur", -deyə məlumatda qeyd olunur.

Yusif EYVAZLI