Məşhur amerikalı aktyor vəfat ETDİ

 23:29 31.07.2023     251

“Pi-vinin Oyuncaq Evi” filmi ilə tanınan amerikalı komediyaçı, ssenarist və prodüser 70 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib, ölümündən əvvəl pərəstişkarlarına mesaj buraxıb. 

Redaktor.az “izvestya”ya istinadən xəbər verir ki, bu barədə iyulun 31-də İnstaqram səhifəsində məlumat verilib.

“Dünən gecə biz məşhur amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser Pol Rubenslə vidalaşdıq”, – yazıda qeyd olunub.

Qeyd edək ki, Rubens altı ildən çox xərçəngdən əziyyət çəkirdi. O, bu məlumatı ictimaiyyətdən gizlədib.

Yusif EYVAZLI