ABŞ-da çimərliyə təyyarə düşdü

 23:32 31.07.2023     273

Amerika Birləşmiş Ştatlarını Nyu-Hempşir ştatının Hampton Beach ərazisində dənizin insanlarla dolu hissəsinə tək mühərrikli Piper PA-18 tipli təyyarəsi düşüb.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları cəlb edilib.

Hadisə zamanı ölən olmadığı məlum olub. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil.

Humay İSGƏNDƏRLİ